26 
Okt
2021
08:01
198
37
4163
Virtual karabakh

Okeanın dibində 22 milyon yaşlı köpəkbalığı dişi tapıldı – FOTO/VİDEO

26 Okt, 2021
08:01
4163

Okeanın dibində 22 milyon yaşlı köpəkbalığı dişi tapıldı – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Florida ştatının sakini okeanın dibindən 22 milyon yaşlı qədim megalodonun (köpəkbalığı) 15 santimetrlik dişini tapıb.

Fosil ovçuluğu üzrə ixtisaslaşmış səyahət şirkətinin sahibi, dalğıc Maykl Nastasio tapıntını Venesiya sahillərində aşkar edib. O, bunun indiyə qədər tapdığı ən böyük megalodon dişi olduğunu və özündə saxlamaq istədiyini deyib.

“Çox xoşbəxtəm. 11 ilə yaxındır ki, fosilləri axtarıram, bu sahədə ixtisaslaşmış şirkətim var. Minlərlə megalodon dişi və digər fosillər tapmışam. Dəfələrlə müştərilərlə suya dalmışam və hər dəfə bir fosil tapdıqda, onların sevinc qışqırıqlaqrını eşidirəm”, - deyə o bildirib.

Megalodon - təxminən üç milyon il əvvəl nəsli kəsilmiş köpəkbalığı növüdür. Müasir böyük ağ köpəkbalığının qohumlarıdır. Uzunluğu 18 metrə çatan bu canlılar Yer üzündə yaşayan ən böyük yırtıcılardan biri hesab olunur. Onların skeleti heç vaxt tam olaraq tapılmadığı üçün uzunluqları barədə məlumatlar dişlərin ölçüsünə əsaslanır.

Mənbə: “Fox 28”

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri