Noy
2021
03:21
90
25
5513
Virtual karabakh

Koronavirusun evdə müalicəsi zamanı həkim tövsiyələri

4 Noy, 2021
03:21
5513

Koronavirusun evdə müalicəsi zamanı həkim tövsiyələri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus yüngül keçirildikdə və xəstəxanaya yerləşdirilməyə ehtiyac olmadıqda çoxlu maye qəbul etmək vacibdir. Bu su, morslar, çaylar və digər içkilər ola bilər.

Bu barədə 2-ci Riqa Xəstəxanasının keçmiş direktoru Yanis Petronis COVID-19-un evdə müalicəsi zamanı tövsiyələrini verərkən bildirib.

Onun sözlərinə görə, ağciyərlərə də diqqət yetirilməlidir. Bunun üçün mütəxəssis qarın üstə yatmağı və nəfəs məşqləri etməyi məsləhət görüb.

“Ağciyərlərinizə mümkün qədər çox hava alın və nəfəsi yavaş-yavaş verin. Bu, ağciyərlərinizə kömək edəcək”, - deyə o, izah edib.

Tibb işçisi vurğulayıb ki, virus hərəkətdən və istirahətdən qorxur. Bununla əlaqədar Petronis şəhərdən kənarda yaşayan insanın təmiz havada daha çox gəzməsini məsləhət görüb.

“Vəziyyət pisləşirsə, yeni simptomlar yaranırsa, mütəxəssislərdən kömək istəmək lazımdır”,  - deyə o, sözlərini yekunlaşdırıb.

Mənbə: Veçernyaya Moskva

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri