Noy
2021
01:21
24
72
2424
Virtual karabakh

Piza qülləsi Braziliya prezidentini sosial şəbəkə “fenomeninə” çevirdi – FOTO/VİDEO

6 Noy, 2021
01:21
2424

Piza qülləsi Braziliya prezidentini sosial şəbəkə “fenomeninə” çevirdi – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya prezidenti Jair Bolsonaronun İtaliyada yerləşən Piza qülləsinin adını səhv tələffüz etməsi onun sosial şəbəkədə gülüş hədəfinə çevirib.

Hadisə ölkədə 5G-nin işə salınma mərasimi zamanı baş verib. Tədbirdə o, İtaliya səfərindən danışıb və  Piza şəhərindəki məşhur turistik məkanı “pizza qülləsi” adlandırıb.

“Mən bütün dünyaya səyahət edirəm. Bu yaxınlarda İtaliyada idim... və pizza qülləsini ziyarət etdim” deyə Bolsonaro bildirib.

Bolsonaronun bu sözləri sosial mediada memlərin yaranmasına səbəb olub.

Mənbə: Estado de Minas

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri