10 
Noy
2021
08:55
186
13
3111
Virtual karabakh

Altı aylıq missiyanı başa vuran astronavtlar Yerə qayıtdı - FOTO/VİDEO

10 Noy, 2021
08:55
3111

Altı aylıq missiyanı başa vuran astronavtlar Yerə qayıtdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyərtəsində dörd astronavt olan “Crew Dragon” gəmisi BKS-də altı aylıq missiyasını başa vuraraq Atlantik Okeanına eniş edib.

Bu barədə NASA kadrlar yayıb.

NASA astronavtları Şeyn Kimbrou və Meqan Makartur, həmçinin fransalı Toma Peske və yaponiyalı Akihiko Hosideni daşıyan kosmik gəmi bazar ertəsi günortadan sonra BKS-dən ayrılıb. Onun Yerə qayıdışı stansiyanın dairəvi uçuşu ilə başlayıb, bu müddət ərzində ekipaj onun səthinin ətraflı tədqiqini aparıb. NASA-nın məlumatına görə, orbitə çıxan laboratoriyanın belə uçuşu 2011-ci ildən bəri həyata keçirilməyib.

BKS-dən qayıdan ekipaj aprel ayından kosmosdadır. Onların amerikalı astronavtlar Tom Marşbern, Raci Çari, Kayla Barron və alman astronavtı Matias Maurer ilə əvəzlənməsi planlaşdırılır.

BKS-də onları amerikalı Mark Vande Hay və rusiyalı Anton Şkaplerov ilə Petr Dubrov gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri