25 
Noy
2021
02:04
106
34
3631
Virtual karabakh

105 yaşlı qadının uzunömürlülüyünün sirri açıqlandı - FOTO

25 Noy, 2021
02:04
3631

105 yaşlı qadının uzunömürlülüyünün sirri açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-dan olan 105 yaşlı səyahət həvəskarı qadın növbəti ad gününü qeyd edib və uzunömürlülüyünün sirrini açıb.

Enn Makkleyn əlamətdar tarixi Nyutonda (Nyu-Cersi) qocalar evində qeyd edib. Tədbirə onun oğlu və qızı da qatılıb. Bildirilir ki, uzunömürlü qadının doğum günü COVID-19 pandemiyası başlayandan pansionatın qonaqları üçün ilk bayramlardan biri olub.

Qızı Keti Bittermanın fikrincə Makkleynin uzunömürlülüyün səbəbi aktiv həyat tərzi olub. Onun sözlərinə görə Enn bütün həyatı boyu səyahət etməyi çox sevib, əri ilə bütün Avropanı gəzib və hətta Afrikanı da ziyarət edib.

“Anam həmişə əla formada olub. Televizor qarşısında əylənməkdənsə, nəsə etməyi üstün tutur. 95 yaşında bizə köçəndə biz ona güclə yetişə bilirdik”, - deyə Bitterman bildirib.

Pansionatın əməkdaşları da qeyd ediblər ki, Makkleyn heç vaxt yerində oturmur, təkbaşına gəzir, özü özünə qulluq edir və səhhətində ciddi problem yaşamır.

Mənbə: New Jersey Herald

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri