25 
Noy
2021
03:34
192
28
7092
Virtual karabakh

Şvartsneggerin evi satışa çıxarılıb - FOTO

25 Noy, 2021
03:34
7092

Şvartsneggerin evi satışa çıxarılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kaliforniyada vaxtı ilə amerikalı aktyor və ştatın keçmiş qubernatoru Arnold Şvartsneggerə  məxsus olan ev satışa çıxarılıb. Hollivud ulduzunun həyat yoldaşı Mariya Şrayverlə birlikdə yaşadığı malikanənin qiyməti 11 milyon dollar (18.7 milyon manat) qiymətləndirilib.

Şvartsnegger və Şrayver evə 1986-2013-cü illərdə sahib olublar. Orada dörd uşaq böyüdüblər. Malikanə 2013-cü ildə ər-arvad boşandıqdan sonra satılıb. Alıcı 1963-cü ildə öldürülən ABŞ prezidenti Con Kennedinin qardaşı Robert Kennedinin oğlu Maksvell Kennedi idi. Həmin vaxt sövdələşmə 12,9 milyon dollar (21,9 milyon manat) təşkil etmişdi.

İndi isə Kennedi və arvadı evi daha ucuz qiymətə satırlar.

388 metrlik kottec 1981-ci ildə tikilib və beş yataq otağı, altı vanna otağı, üç kamin, böyük mətbəx və qonaq otağı var. Həyətyanı ərazidə hovuz və tennis kortu var.

Bir çox Hollivud məşhurları, o cümlədən rejissor Stiven Spilberq, aktyorlar Tom Henks, Ben Afflek və Mett Deymon müxtəlif vaxtlarda qonşuluqda yaşayıblar.

Mənbə: Domain

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri