27 
Noy
2021
05:47
319
13
5850
Virtual karabakh

Ayının hücumundan sağ çıxan kişi məktub sayəsində 20 gün sonra tayqada tapıldı - FOTO

27 Noy, 2021
05:47
5850

Ayının hücumundan sağ çıxan kişi məktub sayəsində 20 gün sonra tayqada tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Krasnoyarsk diyarında 58 yaşlı kişi ayının hücumundan sağ çıxıb, səkkiz kilometr tayqada sürünüb və yazdığı məktub sayəsində üç həftədən sonra xilas edilib.

Məlumata görə, Sergey meşədə tələ qurarkən qəfil ayının hücumuna məruz qalıb. Ovçunun itləri yırtıcını qorxutsa da, ayı kişiyə ciddi xəsarət yetirə bilib. Zədəsi səbəbindən yeriyə bilməyən ovçu bir neçə km məsafədə olan dostunun daxmasına sürünməyə məcbur olub. Ancaq dostu orada olmayıb. Onda Sergey belə bir məktub yazaraq oradan çıxıb:

“Sanya, mənə ayı hücum edib... Gəzə bilmirəm, dörd kilometr yolu səkkiz saata gedirəm. Tolyanı çağır, çıxarsın, yoxsa burada öləcəyəm. Hər gün daha da pisləşirəm”.

Mətnin sonunda müəllif 31 oktyabr tarixi qoyub və yardımın pulunu iki barel benzinlə ödəyəcəyini vəd edib.

Sergeyin bu daxmada qalmayıb öz daxmasına getməsinin səbəbi isə burada odun və yemək olmaması, öz daxmasında isə hər şəraitin olması olub.

Sanya isə ancaq üç həftədən sonra qayıdıb. Masanın üzərində məktubu oxuyan ovçu dərhal polisə yollanıb. Daxili İşlər Nazirliyinin əməkdaşları çağırış yerinə gedib və zərərçəkmişi Boquçanı kəndindən 170 kilometr aralıda yerləşən daxmasında sağ-salamat aşkar ediblər.

Sergey xəstəxanaya çatdırılıb, onun həyatına heç bir təhlükə yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri