30 
Noy
2021
05:02
60
200
21931
Virtual karabakh

Ən zərərli çərəz açıqlandı - FOTO

Araxis və ya yer fındığı ən zərərli çərəzlərdən hesab olunur.

Bu barədə rusiyalı dietoloq Svetlana Pançenko  xəbərdarlıq edib.

Onun sözlərinə görə, əslində bir çoxlarının hesab etdiyi kimi araxis fındıqkimilərə aid deyil:

“Araxis əslində paxlalılar ailəsinə aiddir və yerdə bitir. Mənfi cəhətlərdən biri - ən çox güclü allergenlərdən biri hesab olunmasıdır. Torpaqda böyüdüyündən, o, tez-tez insan sağlamlığına mənfi təsir göstərə bilən kif göbələrlərinin , bu isə insan səhhətinə mənfi təsir göstərə bilər”, - deyə Pançenko izah edib.

O, istənilər qoz-fındıqların tərkibində də, araxisdə də fitin turşusu olduğu barədə xəbərdarlıq edib:

“Bu qidada olan bir sıra mikroelementlərin, məsələn, dəmirin mənimsənilməsinə mane olur. Buna görə də, çiy qoz-fındıqları yeməkdən əvvəl bir neçə saat isladıb sonra qurutmaq daha yaxşıdır”, - deyə diyetoloq sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, sadalanan xüsusiyyətlərə baxmayaraq, yerfındığının bir sıra faydalı xüsusiyyəti də var. Araxis mərci, lobya, noxud, soya kimi bitkilərin yaxın qohumudur, bu səbəbdən ürək və damarlar üçün çox faydalı məhsuldur.

Həftədə 6 gün 1 ovuc (təxminən 30 qr) araxis yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölümün riski 30% azalır. Alimlər bunu araxisin tərkibində olan maqnezium, fitosterol və fol turşusu ilə izah edirlər.

Maqnezium - damarları genişləndirir və bununla da arterial təzyiqi aşağı salır. Bu isə bir çox ürək-damar sistemi xəstəliklərinin profilaktikasıdır. 

Fitosterol - pis xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun inkişafının qarşısını alır. Ateroskleroz zamanı damarlarda xolesterol yığılır ki, nəticədə damarlar daralır, onların elastikliyi pozulur.  Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbi sayılır.

Mənbə: RİA Novosti

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri