30 
Noy
2021
13:04
119
17
4333
Virtual karabakh

Britaniya ilə “göbək bağını kəsən” ölkə özünü respublika elan etdi - FOTO/VİDEO

30 Noy, 2021
13:04
4333

Britaniya ilə “göbək bağını kəsən” ölkə özünü respublika elan etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karib dənizindəki Barbados ada dövləti rəsmi olaraq respublika oldu. Eyni zamanda oktyabrda seçilən ölkə Prezidenti Sandra Meyson da vəzifəsinin icrasına başlayıb.

Böyük Britaniya kraliçası II Elizabet bundan sonra Karib hövzəsi dövlətinin başçısı olmayacaq.

Mərasim Barbados hökumətinin saytında yayımlanıb. Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlz mərasimin qonağı olub.

Xatırladaq ki, sentyabrın sonunda Barbados Assambleya Palatası (parlamentin aşağı palatası) konstitusiyaya edilən düzəlişləri yekdilliklə dəstəkləyib. Yeni düzəlişlərə əsasən, Böyük Britaniya kraliçası II Elizabet bundan sonra Karib hövzəsi ölkəsinin başçısı olmayacaq. Yerli siyasətçilər bunu ölkəni Böyük Britaniya ilə birləşdirən “göbək bağını kəsmək” kimi qiymətləndiriblər.

Barbados Böyük Britaniyanın rəhbərlik etdiyi birlik daxilində müstəqil dövlətdir. Ada respublika elan edildikdən sonra da ittifaqın tərkibində qalacaq.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri