Dek
2021
03:31
42
313
12546
Virtual karabakh

Hakerlər tərəfindən sındırılan kameralardan görüntülər sosial şəbəkələrdə yayıldı

1 Dek, 2021
03:31
12546

Hakerlər tərəfindən sındırılan kameralardan görüntülər sosial şəbəkələrdə yayıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada əksəriyyəti hotellərdə, masaj salonlarında, depilyasiya edilən salonlarda və digər oxşar müəssisələrdə yerləşən minlərlə müşahidə kameraları hakerlər tərəfindən sındırılıb, kadrlar isə sosial şəbəkələrə sızıb.

Bu barədə “İzvestiya”ya Rusiyanın “T.Hunter” informasiya və analitik araşdırmalar departamentinin rəhbəri İqor Bederov məlumat verib.

“Hotellərin, gözəllik salonlarının və digər biznes növlərinin sahibləri təhlükəsizlik məqsədilə öz binalarına kameralar yerləşdirirlər. Tez-tez belə kameralar birbaşa intim xidmətlərin həyata keçirildiyi otaqlarda və ya ofislərdə qurulur. Ancaq onlar həmişə lazımi şəkildə qorunmur”, - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, sındırma faktı dolayısı ilə internetə qoşulmuş cihazların axtarışı üçün nəzərdə tutulmuş “Shodan” və “Censys” servislərinin məlumatlarında göstərilir. Bundan əlavə, sosial şəbəkələrdə və populyar messencerlərdə kibercinayətkarların sındırılmış kameralara və onlarda çəkilmiş videolara girişi satıldığı ictimai səhifələr və forumlar meydana çıxıb.

Bederovun sözlərinə görə, dələduzlar təkcə sındırılmış kontentə baxmaq istəyənlərdən qazanc əldə etmir, həm də kameraların quraşdırıldığı müəssisələrin sahiblərini və videoların qəhrəmanlarını bu materiallarla şantaj edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri