Dek
2021
06:53
194
29
6663
Virtual karabakh

100 yaşı illər əvvəl geridə qoyan bacılar uzunömürlü olmalarının sirrini açıqladılar - FOTO/VİDEO

4 Dek, 2021
06:53
6663

100 yaşı illər əvvəl geridə qoyan bacılar uzunömürlü olmalarının sirrini açıqladılar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikanın Kanzas ştatının Atvud şəhərindən 100 yaşını illər əvvəl geridə qoyan üç bacı uzunömürlülüyün ailə sirrini açaraq gələcək nəslə məsləhət veriblər.

Qeyd edək ki, bacıların ən böyüyü Culiya Kopriva 5 noyabr 1917-ci ildə anadan olub, 104 yaşındadır. Ortancıl bacı Lüsi Poçop 1919-cu il iyunun 11-də, kiçik bacı Frensis Kompus isə 1921-ci ildə noyabrın 11-də anadan olub.

Qadınlar kiçik bir şəhərdə ailə fermasında böyüdüklərini bildiriblər. Uşaqlıqda bacılar atalarına ev işlərində və məhsul yığımında kömək edirdi. Hər axşam ailə nahara toplaşır və günün təəssüratlarını bölüşürdü.

“Bizdə həmişə evdə hazırlanmış çörək, adi kartof, sous və ət olurdu. O sobalarla çörək bişirmək çətin idi, temperaturu tutdurmaq çətin idi. Yemək çox dadlı çıxmasa da, yenə də yeyirdik”, - deyə Kopriva gülərək xatırlayıb.

Poçop 6-8 km uzaqlıqda yerləşən məktəbə piyada getmələrindən danışıb. Bundan başqa bəzən qum fırtınaları olduğunu deyib.

“Gündüz birdən-birə gecəyə çevrilirdi. Müəllimlər valideynlərimizə zəng edərək bizi məktəbdən götürməyi tapşırırdı. Anamız evə toz girməyin deyə qapı-pəncərələrin altına yaş parça qoyurdu”.

Bacılar bu uzun illərin ən böyük kəşfinin paltaryuyan, qabyuyan, soyuducunun kəşfi olduğunu bildiriblər.

Söhbətin sonunda onlar uzunömürlülüyün əsas sirrini bölüşüblər. Qadınların sözlərinə görə,bu düzgün qidalanma, ibadət və xoşagəlməz vəziyyətlərə düşməməyə çalışmaqdı. Uzunömürlülər həmçinin sonrakı nəsillərə daha çox hərəkət etməyi, gəzməyi, imanı qorumaq və əcdadlara minnətdar olmağı tövsiyə ediblər.

Mənbə: ksn.com

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri