Dek
2021
03:23
17
132
5296
Virtual karabakh

Döymə ustasının bacarıqsızlığı qadını məşhur etdi - VİDEO

4 Dek, 2021
03:23
5296

Döymə ustasının bacarıqsızlığı qadını məşhur etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Döymə elətdirmək istəyən ABŞ sakini ustanın bacarıqsızlığının qurbanı olub. Ancaq bu uğursuzluq qadına şöhrət gətirib. Belə ki, “TikTok” hesabında bununla bağlı paylaşdığı video milyonlarla baxış toplayıb.

Holli adlı qadının sözlərinə görə, əri ilə boşandıqdan sonra mənəvi ağrısını yüngülləşdirmək üçün yeni döymə vurdurmaq qərarına gəlib.

O, artıq bədənində bir neçə bir neçə döymə elətdirmişdi, nəticələrdən də razı qalmışdı. Yenə həmin ustaya müraciət edib.

Bu dəfə döymə üçün çiçəklərlə əhatə olunmuş kitab yığını şəklində bir təsvir seçdi. Hollinin sözlərinə görə, rəsmi köçürmək vaxtı gələndə usta qəribə davranmağa başlayıb: əli əsib, başı tez-tez aşağı düşüb, çaşqın şəkildə danışıb, özünü qəribə aparıb. Sondakı nəticəni görən qadın heyrətə düşüb.

Hollinin sözlərinə görə, hadisədən sonra usta uğursuz işi düzəltmək üçün bir neçə dəfə onunla əlaqə saxlamağa çalışıb, lakin qadın bundan imtina edib.

Sosial şəbəkələrdə virus kimi yayılan kadrlar az müddəndə 4,1 milyon baxış və 573,7 min bəyənmə toplayıb. İstifadəçilər nəşrin altındakı şərhlərdə onu dəstəkləyiblər.

“Bu xəstəni məhkəməyə verin”, “Mənə deyin ki, bu, zarafatdır”, “Bu, tamamilə qeyri-adekvatdır. Bəlkə narkomandır?”, “Təəssüf edirəm. Yaxşısı budur, bu şəkildən qurtulun”, “Dəhşət”, - istifadəçilər yazıblar.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri