Dek
2021
01:50
13
113
2044
Virtual karabakh

İtlərdə xəstəliyi necə müəyyən etmək olar?

6 Dek, 2021
01:50
2044

İtlərdə xəstəliyi necə müəyyən etmək olar?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Kinoloji Federasiyasının prezidenti Vladimir Qolubev bildirib ki, soyuqdəymə təkcə insanlarda deyil, itlərdə də müşahidə olunur.

Onun sözlərinə görə, xüsusən də qış aylarında düzgün müalicə edilmədikdə xəstəlik ölümcül ola bilər.

“Bəzən it saxlayanlar onun vəziyyətinə o qədər də əhəmiyyət vermirlər. Hansısa xəstəliyi müalicə etmək üçün xalq təbabətindən istifadə edirlər və ya heyvanın xəstə olduğunu belə hiss etmirlər. Bu yanaşma ev heyvanının ölümünə səbəb ola bilər. Odur ki, narahatlıq və xəstəlik şübhəsi yarandıqda baytara müraciət etmək vacibdir”, - deyə Qolubev qeyd edib.

O izah edib ki, soyuqdəymə zamanı iltihab nəticəsində ağciyərlərin tənəffüs kisələri bir-birinə yapışır, tənəffüs çətinləşir və təngnəfəslik yaranır. 37,5-39 dərəcə aralığındakı normal temperatur yüksəlir. Həmçinin heyvanda susuzluq, iştahsızlıq, öskürək və asqırma, eləcə də dilin maviliyi müşahidə olunur.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri