Dek
2021
02:25
11
472
2349
Virtual karabakh

Braziliyada iki körpəyə COVID-19 vaksini vuruldu; uşaqlar xəstəxanalıq oldu

7 Dek, 2021
02:25
2349

Braziliyada iki körpəyə COVID-19 vaksini vuruldu; uşaqlar xəstəxanalıq oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyada iki körpəyə - iki aylıq qız və dörd aylıq oğlan uşağına səhvən koronavirusa qarşı “Pfizer” peyvəndi vurulub. Onlar vaksinə pis reaksiya veriblər, buna görə təcili olaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, analar uşaqları xəstəxanaya difteriya, tetanoz, göy öskürək, hepatit B əleyhinə kombinasiyalı peyvənd vurmaq üçün gətiriblərmiş.

Vaksindən sonra uşaqların temperaturu yüksəklib, istiliyi heç bir şəkildə azaltmaq mümkün olmayıb, qız isə qusmağa başlayıb.

Uşaqlar bir həftə xəstəxanada qalacaqlar, onlara hər 48 saatdan bir qan testi ediləcək, həmçinin elektrokardioqramma və exokardioqramma da olacaq.

Hazırda faktla bağlı inzibati araşdırma aparılır və peyvəndi vuran tibb bacısı müvəqqəti olaraq işdən uzaqlaşdırılıb.

Mənbə: Uol

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri