14 
Dek
2021
02:18
158
17
3357
Virtual karabakh

Bir funta alınan zinət əşyası dəyəri minlərlə funt olan brilyant üzük çıxdı - FOTO

14 Dek, 2021
02:18
3357

Bir funta alınan zinət əşyası dəyəri minlərlə funt olan brilyant üzük çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada yerli sakinin xeyriyyə dükanından bir funt sterlinqə (2,25 manat) aldığı üzük dəyəri azı 2000 funt sterlinq (4,5 min manat) olan zinət əşyası çıxdı.

Məlumata görə, qadın “Antiques Roadshow” televiziya şousunda iştirak edib. Verilişdə əntiq qiymətləndiricilər yerli sakinlərlə görüşür və onların gətirdikləri əşyalara qiymət qoyurlar.

Con Benjamin adlı mütəxəssis cüzi qiymətə alınan üzüyün arxasındakı günəş işığı naxışının 1790-1800-cü illər arasında hazırlanmış zərgərlik üçün xarakterik olduğunu bildirib. O əlavə edib ki, 22 karatlıq parlaq sarı qızıl üzük çox güman ki, Hindistanda hazırlanıb.

İngilis qadın eşitdiklərindən heyrətə gəlib və üzükdəki qiymətli daşı adi rəngli şüşə hesab etdiyini etiraf edib.

Mənbə: BBC

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri