15 
Dek
2021
08:29
25
173
3558
Virtual karabakh

Milad ağacında Yeni il sürprizi: Ölümcül təhlükəli ilan hər kəsi qorxutdu - VİDEO

15 ildi Cənubi Afrikada yaşayan britaniyalı ailənin Milad bayramı son anda faciəyə çevrilməyib.

Belə ki, yeni təqvim ili münasibəti ilə quraşdırılan və bəzədilən Milad ağacında ən zəhərli ilanlardan biri aşkarlanıb. Özü də bəzəmə işlərində evin balacaları – altı yaşlı Saxara və 11 yaşlı Edvard da iştirak edib.

55 yaşlı Robun sözlərinə görə, bütün işlər bitdikdən sonra həyat yoldaşı Marsela ağaca narahat halda və diqqətlə baxan pişikləri göstərib, sonra özü də nə baş verdiyini anlamaq üçün küknara yaxınlaşıb. Bu zaman isə düz ona doğru nəhəng bir ilanın baxdığını görüb və qışqırıb.

Artıq iki saatdan sonra ilan ovçusu sürünəni tuta bilmişdi, ancaq ev sahibinin sözlərinə görə, bu onların həyatının ən uzun saatları olub.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri