Yan
2022
19:44
129
181
3683
Virtual karabakh

Türkiyəli “maqnit adam” azərbaycanlı ilə “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün yarışır - VİDEO

9 Yan, 2022
19:44
3683

Türkiyəli “maqnit adam” azərbaycanlı ilə “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün yarışır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sakaryanın Karasu rayonunda yaşayan və bədəninin müəyyən hissələrinin metalları maqnit kimi özünə çəkdiyini bildirən Süleyman Dəmirçi artıq “maqnit-adam” kimi tanınır. Dəmirçinin sinəsinə yapışdırdığı metal qaşıqlar, sikkələr, saatlar, üzüklər kimi bəzi əşyalar saatlarla yerə düşmədən bədənində qala bilir.

Süleyman Dəmirçi 2014-cü ildə təsadüfən bədəninə metal məmulatların yapışdığını görüb.

“Siqaret yandırarkən alışqan əlimdən düşüb bədənimə yapışdı. Bu xüsusiyyətimi o zaman kəşf etdim”,- deyə “maqnit adam” bildirib.

Dəmirçi bədəninə yapışdırdığı 50 qaşıqla adını “Ginnesin Rekordlar Kitabı”na yazdıran Azərbaycan əsilli Etibar Elçe Marneuliyə də meydan oxuyub. O, 90 qaşığı eyni anda bədənində saxladığını bəyan edərək, onun rekordunu qeydə almaq üçün kitabın nümayəndələrini rayona dəvət edib.

Mənbə: “Haber Global”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri