10 
Yan
2022
04:00
138
10
6410
Virtual karabakh

İnfeksiyalardan qoruyan universal məhsul məlum oldu

10 Yan, 2022
04:00
6410

İnfeksiyalardan qoruyan universal məhsul məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşalı tədqiqatçılar orqanizmin immun sistemini gücləndirməyə və qrip kimi infeksiyalarla mübarizə aparmağa kömək edən antioksidantların mənbəyi olan bir məhsul haqqında məlumat veriblər.

Onların araşdırması “Molecules” jurnalında dərc olunub.

Poznan Həyat Elmləri Universitetinin əməkdaşları müəyyən ediblər ki, gəndəlaşın tərkibində yüksək konsentrasiyada fenolik turşular və flavonoidlər var.

Bu maddələr oksidləşdirici stressi azaldır ki, bu da öz növbəsində bədənin müxtəlif sistemlərinə uzunmüddətli mənfi təsiri neytrallaşdıraraq ömür uzunluğunu artırır.

Franklin Sağlamlıq İnstitutunun amerikalı tədqiqatçıları onların fikirləri ilə razılaşıblar. Onlar yuxarı tənəffüs yolları infeksiyası olan xəstələrin adi dərmanlarla yanaşı, gəndəlaş və onun ekstraktını qəbul edənlərin sağalma sürətini təhlil ediblər. Eksperimentdə 180 nəfər iştirak edib.

Təhlil müəllifləri həmçinin qeyd ediblər ki, gəndəlaş ekstraktı soyuqdəymə ilə müqayisədə qripə qarşı daha aktiv təsir edir.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri