20 
Yan
2022
05:23
305
13
2558
Virtual karabakh

144 uşağa evlərini açan cütlük öz təcrübələrindən danışdı - FOTO

20 Yan, 2022
05:23
2558

144 uşağa evlərini açan cütlük öz təcrübələrindən danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin Mersisayd şəhərinin Liverpul şəhərindən olan cütlük 21 il ərzində 144 uşaq böyüdüb, 16 gənc valideynə kömək edib, bundan sonra da fəaliyyətlərinə davam etməyi planlaşdırırlar.

Məlumata görə, 62 yaşlı Meni Brayt və onun 67 yaşlı əri Co 2000-ci ildə uşaqları və yeniyetmələri himayə etməyə başlayıb. Bu himayədarlıq bəzən bir gecə, bəzən də iki il olub. 2010-cu ildən isə onların evinin qapıları gənc valideynlər üçün də açılıb.

Brayt uşaqlıqda himayədar valideyn olmaq istədiyini deyib. Onun sözlərinə görə ailəsində övladlığa götürülmüş uşaqlar var idi və o, onların ana-atası, nənə-babası tərəfindən necə böyüdüyünü görüb.

“Bu, həmişə asan deyil, lakin fərq yaratdığımızı bilmək bizə irəliləməyə kömək edir. Həmişə deyirik: Hətta bir uşağın həyatını yaxşılığa doğru dəyişdirə biliriksə, bütün çətinliyə dəyər”, - deyə Brayt bildirib.

Cütlük himayələrində olanlara problemlərin öhdəsindən gəlməyə və həyatda öz yerlərini tapmağa kömək edir. Gənc valideynlərə isə uşaqla necə davranmaq, onunla necə əlaqə qurmaq, həmçinin travmanın valideyn-uşaq münasibətlərə təsir etməsinə imkan verməməyin yolları öyrədilir.

Brayt bildirib ki, onlara çox vaxt gözlənilmədən ana olan və xüsusilə dəstəyə ehtiyacı olan çox gənc qızlar gəlir.

Britaniyalılar artıq evlərini tərk etmiş uşaq və yeniyetmələrlə əlaqə saxlamağa çalışırlar. Britaniyalının sözlərinə görə, onların keçmiş himayədarlarının həyatı əsasən uğurla davam edir.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri