22 
Yan
2022
03:19
15
134
4894
Virtual karabakh

Baş ağrısının həyati təhlükə yaradan beş əlaməti sadalandı - FOTO

22 Yan, 2022
03:19
4894

Baş ağrısının həyati təhlükə yaradan beş əlaməti sadalandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş ağrısı zamanı müşahidə olunan beş əlamət həkimə müraciət etmək üçün əsasdır.

Bu barədə britaniyalı nevroloq Mohan Sakeram xəbərdarlıq edib.

O, ümumiyyətlə baş ağrısının bir sıra səbəbləri ola biləcəyini və bunda həyat tərzinin mühüm rol oynadığını deyib.

“Məsələn, növbədə işləyən və ya nədənsə gecələr aktiv qalmaq məcburiyyətində olan insanlar yuxudan oyananda tez-tez baş ağrıları keçirirlər. Kofeindən sui-istifadə və daimi kompüter qarşısında oturmaq da əzələlərin sıxılmasına, spazmlara gətirib çıxarır ki, bu da ağrılara səbəb ola bilər”, - deyə o, fikrini izah edib.

Nevroloq əlavə edib ki, yuxu pozğunluğundan, stressdən əziyyət çəkənlər, həmçinin psixi sağlamlıq problemi olan insanlar da mütəmadi olaraq baş ağrıları yaşaya bilərlər və bir çox hallarda baş ağrısının həyati təhlükə ilə əlaqəsi yoxdur.

“Ancaq sizin üçün qeyri-adi şiddətli ağrı yaranarsa bu müayinə üçün ciddi bir səbəbdir. Ən həyəcanverici variant zərbəyə bənzəyən baş ağrısıdır; birdən, qəfil meydana gəlir və dərhal son dərəcə güclü hiss olunur”, - deyə həkim xəbərdarlıq edib.

Nevroloq baş ağrısı üçün təcili tibbi yardıma müraciət etməyin zəruriliyini göstərən bir neçə əlaməti sadalayıb:

- Ağrı ilə eyni vaxtda bulanıqlıq yaranır və ya görmədə ikiləşmə meydana gəlir

- Baş ağrısı qusma ilə müşayiət olunur.

- Baş ağrısı gecə yaranır və insanı yuxudan oyadır.

- Ağrı boyun sərtliyi və yüksək hərarətlə müşayiət olunur.

- Ağrı elə şiddətli hala keçir ki, adi analgetiklər kömək etmir.

Həkimin sözlərinə görə, göstərilən hallar ciddi daxili patologiyaların xarici simptomudur və həyati təhlükəsi yüksəkdir.

Mənbə: Medik Forum

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri