26 
Yan
2022
04:38
9
193
6682
Virtual karabakh

“Omikron”un dörd gizli simptomu açıqlandı - FOTO

26 Yan, 2022
04:38
6682

“Omikron”un dörd gizli simptomu açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyalı alimlər “Omikron”un dörd gizli əlaməti barədə xəbərdarlıq ediblər. Onların bununla bağlı araşdırmaları “The Sun”da dərc olunub.

Yorğunluq

Mütəxəssislərin sözlərinə görə bu simptomların sırasında yorğunluq birinci gəlir. Araşdırmalara görə, koronavirus xəstələrinin 62 faizində tükənmə hiss olunur.

Alimlər vurğulayıblar ki, yorğunluq həm COVID-19 infeksiyasının ilkin əlaməti ola bilər, həm də başqa səbəbdən baş verə bilər.

Əzələ ağrıları

“Omikron”un başqa bir simptomu bədənin koronavirusa reaksiyasından qaynaqlanan əzələ ağrıları və əzginlikdir”, - deyə mütəxəssislər bildirib.

İştahsızlıq

Bu ştammın daha bir əlaməti kimi iştahsızlıq göstərilib. 

“Omikron”a yoluxan insan iştahını itirə və başında duman hiss edə bilər. Qeyd edək ki, bu simptom “Delta”da da müşahidə edilir”, - deyə təqdiqatçılar əlavə ediblər.

Ürəkbulanma

“Bundan əlavə, ürəkbulanma və ishal da COVID-19 infeksiyasını göstərə bilər. Bu simptomlar çox vaxt koronavirusun digər əsas təzahürləri, məsələn, boğaz ağrısı və ya qoxu itkisi ilə müşayiət olunur”, - deyə onlar bildiriblər.

Mənbə: The Sun

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri