28 
Yan
2022
02:56
239
86
5383
Virtual karabakh

Daha gözəl görünmək istəyərkən dodağını itirmək təhlükəsi ilə üzləşdi - FOTO

28 Yan, 2022
02:56
5383

Daha gözəl görünmək istəyərkən dodağını itirmək təhlükəsi ilə üzləşdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı qadın kosmetoloq bacarıqsızlığının qurbanı olub. Belə ki, dodağını daha həcmli görünməsini istəyən Çandra Mortonun dodağı əvəzinə arteriyasına dolğu vurulub.

26 yaşlı qadının sözlərinə görə, dodaqlarının formasını çoxdan dəyişdirmək istəyib. Dostlarının bir çoxunun müvafiq prosedurdan uğurla keçdiyi üçün o, tərəddüdsüz kosmetoloqa yollanıb. Ancaq prosedur bitdikdən az sonra onun dodaqları hissizləşib və ağarıb.

Bundan əlavə, qadının üzü qabarcıqlarla örtülüb və şiddətli ağrı hiss edib. Morton xəstəxanaya müraciət etmək məcburiyyətində qalıb. Burda isə dəhşətli həqiqət ortaya çıxıb.

Vaxtında müdaxilə sayəsində qadın artıq sağalmağa başlayıb. Lakin həkimlərin fikrincə,  Morton bir az gec kömək istəsəydi, onun dodağı nekroz səbəbindən düşə bilərdi.

“Mən bunu bir daha heç vaxt etməyəcəyəm”,- deyə qurban bildirib.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri