28 
Yan
2022
04:57
171
33
12345
Virtual karabakh

Cinayətkarın polisin paylaşdığı şəklə yazdığı şərh hər kəsi güldürdü - FOTO

28 Yan, 2022
04:57
12345

Cinayətkarın polisin paylaşdığı şəklə yazdığı şərh hər kəsi güldürdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərədə hüquq mühafizəçiləri ilə cinayətkar arasında baş verən hadisə hər kəs tərəfindən gülüşlə qarşılanıb.

Məlumata görə, polislər axtarışda olan cinayətkarın görüntüsünü hüquq mühafizə orqanının sosial şəbəkə hesabından paylaşıblar. Onlar 31 yaşlı Maykl Suonsboronun fotosunu istifadəçilərdən yardım almaq ümidi ilə dərc ediblər. Lakin heç kimi gözləmədiyi halda qaçağın özü şəklə şərh yazıb.

“Necə də yaraşıqlı gəncdir”, - deyə o, fikrini bildirib.

Suonsboronun şərhi yüzlərlə istifadəçi tərəfindən bəyənilib.

Ancaq bu, polisə onu tapmağa kömək etməyib.

Qeyd edilir ki, Suonsboron 2009-cu ildə adam öldürməyə cəhdə görə axtarışa verilib.

Mənbə: LADBible

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri