24 
Apr
2022
05:57
216
27
6878
Virtual karabakh

Kartofun gözlənilməz faydalı xüsusiyyəti açıqlandı - FOTO

24 Apr, 2022
05:57
6878

Kartofun gözlənilməz faydalı xüsusiyyəti açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kartofda çoxlu miqdarda kalium var və sidikqovucu xüsusiyyətlərə malikdir.

Bu barədə rusiyalı dietoloq, tibb elmləri namizədi Natalya Denisova məlumat verib.

Onun sözlərinə görə tərəvəzin bu xüsusiyyəti hipertoniya əlamətlərini yüngülləşdirməyə kömək edir.

Dietoloq bildirib ki, kartof “B” vitaminləri qrupu ilə zəngindir, tərkibində dəmir və fosfor var. Bədənə kartofdan daxil olan kalium su-duz balansını qorumağa kömək edir və təzyiqi sabitləşdirir.

“Bu, bütün hipertoniklər və ürək-damar xəstəlikləri olan insanlar üçün əsl köməkçidir. Bundan əlavə, kalium sayəsində yüngül sidikqovucu təsir göstərir”, - deyə həkim əlavə edib.

Mütəxəssis qaynadılmış və ya bişmiş kartof yeməyi tövsiyə edir, beləliklə yemək daha az kalorili olar, qızardılmış kartofdan isə imtina edilməsi yaxşıdır.

Mənbə: AiF

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri