14 
May
2022
06:16
160
26
3057
Virtual karabakh

Keşiş nikahı yarımçıq qoyub oğrunun ardınca qaçdı və onu maşını ilə vurdu - FOTO/VİDEO

14 May, 2022
06:16
3057

Keşiş nikahı yarımçıq qoyub oğrunun ardınca qaçdı və onu maşını ilə vurdu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyanın cənub-şərqindəki San-Paulu əyalətində qəribə hadisə baş verib.

Belə ki, keşiş nikah mərasimini yarımçıq qoyaraq oğrunun dalınca qaçıb və maşını ilə onu vurub.

Məlumata görə, hazırda 37 yaşlı keşiş Qustavo Trindade barəsində cinayət işi açılıb, o, “San Sebastyan” kilsəsindən geyim oğurladığı iddia edilən 40 yaşlı oğru Ancelo dos Santosun üstünə maşın sürməkdə ittiham olunur.

Kilsədə nikah mərasiminin davamını gözləyən Tatyana de Fatima və Aleks Aparesidon baş verənlərdən heyrətlərini gizlədə bilməyiblər.

“Bundan əvvəl mən keşişi tanımırdım, amma mərasimdən əvvəl və mərasim zamanı çox diqqətli idi, gülür, bizimlə zarafatlaşırdı. Mən həyəcanlı idim, o isə mənə sakit olmağımı, nəfəs almalı olduğumu, hər şeyin düzələcəyini deyirdi. Çox sakit idi”, - deyə Fatimə hadisədən əvvəl keşişin əhvalı barədə danışıb.

Onun sözlərinə görə, keşiş görünməyəndə dəvət olunan 100 qonağın çoxu mərasimi tərk edib, o isə keşişin qəza məsələsini xəbərsiz halda kilsədə şəkil çəkdirmək üçün gözləyib.

“İstəsəm də, istəməsəm də, bu, mənim toy hekayəmdən bir hissə oldu”, - deyə Fatimə gülərək bildirib.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri