20 
May
2022
07:10
74
19
3372
Virtual karabakh

Şirniyyatın zərərini azaltmağın yolları açıqlandı - FOTO

20 May, 2022
07:10
3372

Şirniyyatın zərərini azaltmağın yolları açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirniyyatın ən böyük təhlükəsi yüksək kalorili olmasıdır; istehlak edildikdə çox miqdarda insulin qana daxil olur və aclıq hissi yalnız güclənir. Buna görə də, yalnız desertlə qəlyanaltı etmək həddindən artıq yeməyə səbəb olur.

Bu barədə tanınmış rusiyalı endokrinoloq Zöhrə Pavlova özünün “Telegram” kanalında xəbərdarlıq edib.

O, şirniyyatı yalnız doyurucu nahar və ya səhər yeməyindən sonra istehlakı tövsiyə edib.

“Doyunca yedikdən sonra aclıq mərkəzi artıq yeni siqnallara daha az cavab verəcək; çünki artıq tox və məmnundur”, - deyə tibb elmləri namizədi izah edib.

Həkim piroqlardan hissə-hissə, özü də çay, yaxud qəhvə ilə istehlakı tövsiyə edib, çünki maye onların dadını “yuyub aparır”.

“Bundan yarım saat və ya bir saat sonra daha çox su içmək lazımdır. Desertin tərkibi də vacibdir - yumurta, kəsmik və bəzi protein mənbəyi olanlara üstünlük verilməlidir”, - deyə Z.Pavlova sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri