İyn
2022
08:45
130
11
3413
Virtual karabakh

Quraqlıq 3400 yaşlı qədim şəhəri üzə çıxardı - FOTO

1 İyn, 2022
08:45
3413

Quraqlıq 3400 yaşlı qədim şəhəri üzə çıxardı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son aylarda quraqlıqdan əziyyət çəkə İraqda Mosul su anbarının dayazlaşması qədim şəhəri üzə çıxarıb.

Kemune adlandırılan arxeoloji sahənin 3400 yaşı olduğu düşünülür. Xarabalıq tunc dövrünə aid saray və bir neçə digər böyük tikililərdən ibarətdir.

Alimlər hesab edirlər ki, xarabalıqlar eramızdan əvvəl 1550-1350-ci illərdə Dəclə çayının sahilində çiçəklənən Mittani imperiyasının mərkəzi olan qədim Zəkiku şəhəri ola bilər.

Tədqiqatçılar saraydan başqa bir neçə maraqlı tikili də aşkar ediblər. Bunlara divarı və qüllələri olan böyük istehkam, sənaye kompleksi və nəhəng çoxmərtəbəli anbar binası daxildir.

Ən maraqlı tapıntı isə keramik küplər olub. Onların üzərində mixi yazıları olan 100-dən çox bişməmiş gil lövhə olub. Komanda ümid edir ki, bu qeydlərdə sakinlər və hətta şəhərin məhvinə səbəb olan zəlzələ haqqında bəzi məlumatlar ola bilər.

Mənbə: Unian

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri