11 
İyn
2022
05:40
31
79
2650
Virtual karabakh

Sükan arxasında huşunu itirən qadının ayağı əyləcdə qaldı... Təhlükəli anlar anbaan kamerada - VİDEO

11 İyn, 2022
05:40
2650

Sükan arxasında huşunu itirən qadının ayağı əyləcdə qaldı... Təhlükəli anlar anbaan kamerada - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sükan arxasında huşunu itirən qadın ayağının əyləcdə qalması səbəbindən maşını qarşı yola çıxıb. Digər sürücülər və yoldan keçənlərin sayəsində faciə yaşanmadan avtomobili saxlamaq mümkün olub.

Hadisə Rusiyanın Moskva vilayətində baş verib. RF DİN hadisənin baş verdiyi anın görüntülərini yayıb.

Kadrlardan minik avtomobilin arxasınca gedən yük maşınının sürücüsünün yoldakıları əvvəlcə siqnalla, sonra isə qışqıraraq sözlə baş verənlər barədə xəbərdarlıq etdiyi görünür. Sonda o, kömək edənlərə maşının təkəri altına daş və ya başqa bir şey qoymaları barədə göstəriş verir, yalnız bundan sonra maşını saxlamaq mümkün olur.

Qeyd edək ki, maşını dayandırdıqdan sonra qapıların kilidləndiyi aydın olub, bu səbəbdən müfəttiş arxa qapının pəncərəsini sındırdıqdan sonra mühərriyi söndürə bilib. Qadın xəstəxanaya yerləşdirilib.

 

Mənbə: MK.ru

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri