İyl
2022
08:20
90
19
2526
Virtual karabakh

Qalaktikamızın mərkəzi yaxınlığında spirt molekulları tapılıb - FOTO

1 İyl, 2022
08:20
2526

Qalaktikamızın mərkəzi yaxınlığında spirt molekulları tapılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Süd Yolu qalaktikamızın mərkəzinin yaxınlığındakı “Oxatan B2” qaz və toz buludunda spirt molekulu olan izopropanol aşkar edilib.

Bu barədə Almaniyadan olan alimlərin rəhbərlik etdikləri beynəlxalq tədqiqatçılar qrupu elan edib. Onların müşahidələrinin nəticələri “Astronomy & Astrophysics” jurnalında dərc olunub.

Məlumata görə, alimlər ALMA teleskopunda spektroskopiyadan istifadə edərək kosmosda izopropanol (dezinfeksiya kimi işlərdə istifadə olunur) molekulunu müəyyən edə biliblər.

Maraqlıdır ki, izopropanolun özündən əlavə, alimlər onun yalnız karbon atomunda - propanolda fərqlənən izomerini də kəşf ediblər. Bu iki birləşmə ulduzlararası fəzada ilk dəfə müəyyən edilib.

Alimlər ümid edirlər ki, onların kəşfi kosmosda müxtəlif maddələrin necə əmələ gəldiyini aşkar edəcək.

Qeyd edək ki, qaz və toz buludlu “Oxatan B2” Yerdən 26 min işıq ili məsafəsindədir.

(“Oxatan B2” qaz və toz buludu)

(ALMA teleskopu)

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri