29 
İyl
2022
05:10
48
135
6907
Virtual karabakh

Uşağı qeyri-adi üsulla sakitləşdirən ata sosial şəbəkə istifadəçilərini güldürdü – VİDEO

29 İyl, 2022
05:10
6907

Uşağı qeyri-adi üsulla sakitləşdirən ata sosial şəbəkə istifadəçilərini güldürdü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə ağlayan uşağı sakitləşdirmək üçün qeyri-adi üsuldan istifadə edən ata və bunun gözlənilməz nəticəsi barədə görüntülər virus kimi yayılıb. 20 milyondan artıq baxış toplayan videonun izləyiciləri dəfələrlə bu videoya baxsalar da hər dəfə güldüklərini etiraf ediblər.

Kadrlarda kişinin ağlayan uşağını sakitləşdirmək üçün ona çömçə verdiyi görünür. Əşyanı aldıqdan sonra dərhal ağlamağını saxlayan uşaq isə dərhal qonşu otağa qaçır və televizorun qarşısında dayanan böyük qardaşının başına çömçə ilə vurur.

“İndi ağlayan iki körpəniz var... Gülməyimi heç cürə dayandıra bilmirəm”, “Gülməkdən az qala boğuldum. Bu oğlan açıq-aşkar zorakılığı seçdi...”, “Nə gözlədiyimi bilmirəm, amma qətiyyən bu deyildi”, - deyə istifadəçilər şərhlərdə yazıblar.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri