Avq
2022
02:02
165
38
3590
Virtual karabakh

Balıq pulcuqlarından televizorlar hazırlanacaq - FOTO

6 Avq, 2022
02:02
3590

Balıq pulcuqlarından televizorlar hazırlanacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yapon alimləri balıq pulcuqlarını karbon nanosoğanağa çevirməyin yolunu tapıblar.

Araşdırma “Green Chemistry” jurnalında dərc olunub.

Karbon nanosoğanağı (CNO) - daxili karbon sferalarından əmələ gələn nano ölçülü karbon quruluşudur. Bu forma əla elektrik və istilik keçiriciliyinə malikdir, biotibb, bioimicinq və elektronikada (məsələn, televizor panellərinin istehsalında) istifadə olunur.

Qeyd edilir ki, nanosoğanaqların sintezi üçün ənənəvi proses çətinliklər və zərərli maddələrin atmosferə buraxılması ilə nəticələnir. Yeni yanaşma isə nə mürəkkəb katalizatorlar, nə sərt şərtlər, nə də uzun gözləmə müddətləri tələb edir - proses cəmi 10 saniyə çəkir.

Bildirilir ki, pulcuqlardan əldə edilən nanosoğanaqların sabit optik xassələri çevik plyonka və işıq-diod cihazları hazırlamağa imkan verə bilər.

Gələcəkdə CNO-dan yeni nəsil QLED televizorlarına panellər yaratmaq üçün istifadə ediləcək. Mütəxəssislərin fikrincə, yeni üsul istehsalı xeyli sürətləndirəcək və maya dəyərini aşağı salacaq.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri