12 
Fev
2015
20:16
161
82
48384
Virtual karabakh

Satılmamış təzə maşın qəbiristanlıqları - FOTOLAR

Avtomobil istehsalçıları çalışırdılar ki, bu kadrları heç kim heç vaxt görməsin.

Çoxdan qalıb satılmayan, açıq səma altında sadəcə paslanan milyonlarla maşının təkrar istehsalı 2009-cü ildə öz zirvəsinə çatıb. Lakin bu problem hələ də həll olunmamış qalıb.

Bu foto İngiltərənin Kent qraflığında Port-Şernessdə çəkilib. Dünyada mövcud olan satılmayan avtomobillərin parkı... Dünyada satılmamış, hərəkətsiz avtomobillərə dair belə kədərli mənzərələr xeyli çoxdur.

İnsanlar avtomobillərini o qədər də tez-tez dəyişə bilmir. Siz tez-tez maşın dəyişməsi ilə öyünə bilən nə qədər ailə tanıyırsınız? Lakin hər il milyonlarla təzə və gözəl maşın heç kimə lazım olmadığından “ölür”.

Baltimordakı bu “əbədi” dayanacaqda 57000 təzə və atılmış avtomobil dayanıb. Avtomobillərin diler salonlarından bura yeni-yeni avtomobillər gətirilir. Amma bu maşınları dayanacaqlara qoyduqdan sonra onların çoxu heç kimə lazım olmur və beləcə burada qalırlar.

Avtomobil sənayesi yeni maşınlar buraxmağı sadəcə olaraq dayandıra bilməz. Bu, minlərlə əməkdaşın və onlarla zavodun bağlanması demək olardı. Bundan başqa, domino effekti ilə bunun metallurgiya sənayesi üçün ağır nəticələri olacaq.

Nə vaxt ki təklif tələbatı üstələyir, profisit yaranır. Hətta resessiya da ondan xilas etmir, çünki orta statistik ailə hər il yeni avtomobil almaq iqtidarında deyil ki, köhnələr əvəz edilsin.

Avropadan idxal olunan avtomobillərin satılmayan hissəsinin kədərli aqibəti budur. Yetim qalmış kimi paslanmaq üçün növbəyə durublar...

Son vaxtlar xeyli “alırıq-istifadə edirik” silsiləsi pozulub. İnsanların əksəriyyəti daha çox istifadə edilmiş maşınları almağa üstünlük verir, nəinki təzələri almağa.

Dünyanın müxtəlif ölkələrində satılmamış və heç vaxt da satılmayacaq avtomobillərin artıq qəbiristanlığa çevrilmiş açıq meydançaları var.

Bu şəkildə gördüyünüz bütün boz seqmentlər istifadəsiz avtomobillərlə doludur.

Budur, daha bir sahibsiz maşın “yatağı”. Məntiqi sual yaranır: niyə onların heç olmasa emal üçün göndərilmir və ya ehtiyacı olan vermirlər?

Bəlkə avtomobil istehsalçıları onların ehtiyat hissələrindən istifadə etmək haqda düşünələr? Ya onlar bu maşınları satmağa hələ də ümid edirlər?

Nahaq yerə zay olan bu avtomobillərin görkəmi sizi xüsusilə məyus edə bilər. Əgər siz onların yanından keçərsinizsə, orada öz əvvəlki köhnə maşınınızın təzələrini görəcəksiniz.

Maşın daha uzun müddət istifadəsiz qalanda yağ durulducu çənin dibinə enir, sonra isə  onun töküldüyü mühərrikin daxili hissələrini korroziya yeməyə başlayır.

Mənbə: Fins.az
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri