Avq
2022
03:50
3
55
2949
Virtual karabakh

Dərmanı olmayan yeni virus tapılıb: Meyvə yeyəndə diqqətli olun

9 Avq, 2022
03:50
2949

Dərmanı olmayan yeni virus tapılıb: Meyvə yeyəndə diqqətli olun

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin və Sinqapur alimləri insan və heyvanları yoluxdura bilən ölümcül təhlükəli henipavirusun əvvəllər məlum olmayan növünü aşkar ediblər. Yeni patogen Lanye virusu (LayV) adlandırılıb. Ümumilikdə Şandunq və Henan əyalətlərində 35 nəfər buna yoluxub.

Yoluxma zamanı ən çox görülən simptomlar öskürək, qızdırma, zəiflik, əzələ ağrısı, ürəkbulanma və başağrısıdır.

İndiyədək yoluxmuşlar arasında heç bir əlaqə aşkar edilməyib və onların yaxınlarında xəstəlik əlamətləri yoxdur. Bu, virusun insandan insana ötürülməsinin mümkün olmadığına ümid etməyə imkan verir.

Ümumiyyətlə, patogen henipavirusun Nipah növünə (NiV) bənzəyir, lakin Lanye vəziyyətində həkimlər hələ ki, ölüm və ya ağır gedişat müəyyən etməyiblər.

Qeyd edək ki, henipavirus yarasalar, siçanlar tərəfindən yayılır və yoluxmuş heyvanın tüpürcəyi ilə çirklənmiş meyvəni yeyən insanlara ötürülür. Ona qarşı nə dərman, nə də vaksin var və xəstəliyin ölüm nisbəti 40-75% arasında dəyişir (Koronavirusun göstəricilərindən yüksəkdir). Yeganə müalicə variantı ağırlaşmaların qarşısını almaq üçün dəstəkləyici terapiyadır. Bu günədək insanları yoluxdura bilən iki növ henipavirus müəyyən edilib: Nipah (NiV) və Hendra. Ümumdünya Səhiyyə Təşkilatı NiV-i dünyanın ən təhlükəli viruslarından biri adlandırır və növbəti pandemiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri