11 
Avq
2022
08:54
11
97
3722
Virtual karabakh

Payızın ən dəbli və dəbsiz rəngləri açıqlandı - FOTO

11 Avq, 2022
08:54
3722

Payızın ən dəbli və dəbsiz rəngləri açıqlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“The Voice” jurnalının redaktorları 2022-ci ilin payızı üçün ən dəbli rəngləri sıralayıblar. Müvafiq seçim nəşrin saytında yerləşdirilib.

Belə ki, siyahıya narıncı, qırmızı, ağ və şokolad rəngləri daxil edilib. Qeyd olunur ki, bu çalarlar “Fendi”, “Bottega Veneta”, “Louis Vuitton” və “Prada” kimi dəbdəbəli brendlərin kolleksiyalarında geyim və aksesuarlarda olub.

Bundan başqa, materialın müəllifləri “Veri Peri” çalarını (zəngin bənövşəyidən daha incə lavandaya qədər dəyişən çalar) xüsusilə qeyd ediblər. Xatırladaq ki, “Pantone” Rəng İnstitutu bu çaları 2022-ci ilin ən vacib rəngi seçib.

Ekspertlər həmçinin denimi (cins - red.) təqlid edən rəngi də vurğulayıblar.

Eyni zamanda, mütəxəssislər qarşıdakı mövsümdə göy rəngin əhəmiyyətsiz olacağını izah ediblər. Bunun əvəzinə mavi çalarlara üstünlük vermək tövsiyə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri