31 
Avq
2022
03:49
131
19
2427
Virtual karabakh

Yeni rekord: Balqabaq bu dəfə faytona deyil, qayığa çevrildi – FOTO/VİDEO

31 Avq, 2022
03:49
2427

Yeni rekord: Balqabaq bu dəfə faytona deyil, qayığa çevrildi – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nebraskada (ABŞ) maraqlı bir rekorda imza atılıb. Belə ki, Sirakuzadan olan macəraçı Dueyn Hansen nəhəng balqabaqda çay boyunca 38 mil (61 km-dən çox) üzərək yeni rekorda imza atıb.

O, təxminən 400 kq ağırlığında nəhəng balqabağın içində Missuri çayı boyunca üzüb. Məlumata görə, avarlı “qayıq”la yerli vaxtla səhər saat 7:30 radələrində başlayan 61 kilometrlik səyahət axşam saat 18:30 radələrində başa çatıb.

Beləliklə Hansen balqabaqda üzmək üzrə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

“Yəqin ki, bir daha cəhd etməyəcəyəm. Əgər kimsə bu rekordu qırarsa, mən onun qarşısında baş əyərəm, çünki o, möhtəşəmdir”, - deyən kişi balqabağın içində oturduğu müddətdə yerindən qalxmadığı üçün dizlərinin uzun müddət ağrıdığını vurğulayıb.

Mənbə: The Guardian

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri