21 
Fev
2015
11:50
29
135
15107
Virtual karabakh

Ən çox xəyanət edən millətlər – SİYAHI

21 Fev, 2015
11:50
15107

Ən çox xəyanət edən millətlər – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sorğuda hər ölkədən min adam iştirak edib.

Ən çox xəyanət edən xalqların reytinqi dərc edilib. Siyahıda birinci yeri Tailand sakinləri tutub, daha sonra danimarkalılar və italyanlar gəlir.

Oxu.Az xəbər verir ki, bu barədə The Ritches portalı bildirib.

“Durex” şirkətinin apardığı “Sexual Wellbeing Global Survey” tədqiqatı yalnız xəyanət məsələlərinə aid olmayıb, həm də ümumilikdə seksual sağlamlığı əhatə edib. Reytinqə müvafiq olaraq 56 faiz Tailand sakinləri öz tərəf müqabilinə xəyanət edirlər. Qeyd edilir ki, ölkədə bir çox evli cütlüklər nikahdan kənar cinsi əlaqələrə meyillidirlər.

Şirkət tərəfindən aparılan tədqiqatda 26 ölkədən 26 min insan iştirak edib. Sorğuda hər ölkədən min adam iştirak edib.

Tədqiqata əsasən Fransa və Almaniyada xəyanət qəbul edilir və ona münasibətlərin pozulması və qırılması üçün səbəb kimi baxmırlar.

Sakinlərinin öz tərəf müqabillərinə daha çox xəyanət etdiyi 10 ölkənin siyahısı:   

1. Tailand (56 faiz)

2. Danimarka (56 faiz)

3. İtaliya (45 faiz)

4. Almaniya (45 faiz)

5. Fransa (43 faiz)

6. Norveç (41 faiz)

7. Belçika (40 faiz)

8. İspaniya (39 faiz)

9. Böyük Britaniya (36 faiz)

10. Finlandiya (36 faiz)

Sorğunun anonim xarakter daşıdığı da qeyd edilib.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri