29 
Sen
2022
08:11
104
46
9641
yuxarı
Qocalığı sürətləndirən gözlənilməz faktor açıqlandı - FOTO
29 Sen, 2022
08:11
9641
104
46
Qocalığı sürətləndirən gözlənilməz faktor açıqlandı - FOTO
Yalnızlıq və özünü bədbəxt hiss etmək erkən qocalmanı siqaretdən daha çox sürətləndirə bilər.
“Deep Longevity” beynəlxalq əməkdaşlığında iştirak edən amerikalı və çinli alimlər bu qənaətə gəliblər. Onların tədqiqatları “Aging-US” jurnalında dərc olunub.
Tədqiqatçılar 11 mindən artıq yetkin insanda tənhalıq, narahat yuxu və ya narazılıq hisslərinin qocalma sürətinə təsirini ölçüblər. Məlum olub ki, adıçəkilən psixoloji faktorlar bioloji yaşa 1,65 yaş əlavə edir.
Bu göstərici isə yaşayış sahəsinin, tibbi xidmətlərdən istifadə imkanının, ailə vəziyyətinin və siqaretin qocalmağa təsirini üstələyir.
Alimlər bu qənaətə gəliblər ki, istənilən qocalma əleyhinə terapiya təkcə fiziki deyil, həm də psixi sağlamlığa yönəlməlidir.
Mənbə: Gazeta.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək