Okt
2022
02:02
20
168
3492
Virtual karabakh

Satıcının ispanağı səhv salması 10-dan çox italyanı xəstəxanalıq etdi - FOTO

8 Okt, 2022
02:02
3492

Satıcının ispanağı səhv salması 10-dan çox italyanı xəstəxanalıq etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyərti satıcısının ispanaqla zəhərli mandraqoranı qarışıq salması 10-dan çox italyanı xəstəxanalıq edib. Hadisə Neapol yaxınlığında Pozzuoli şəhərində baş verib.

Qurbanlar zəhərli bitkini evlərinin yaxınlığındakı kiçik tərəvəz dükanından alan sakinlərdir. Bitkidən istifadə etdikdən sonra onlarda hallüsinasiyalar, qarın ağrısı və əhvalın kəskin pisləşməsi baş verib, bu səbəbdən onlar tibbi yardıma müraciət etməli olublar.

12-85 yaşlarında olduqları bilinən zərərçəkənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.

Kütləvi zəhərlənmənin səbəblərini araşdıran polislər Neapol mağazalarında bir neçə partiya zəhərli göyərti aşkarlayıblar. Potensial təhlükəli daşımaları müəyyən etmək üçün onlar tədarük zəncirini izləməli olacaqlar.

Təcili yardım işçilərinə yeni xəstələrin gəlişi ilə bağlı xəbərdarlıq edilib.

Mənbə: Corriere Del Mezzogiorno

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri