Okt
2022
02:33
41
97
7814
Virtual karabakh

Hər gün istifadə olunan sadə üsul koronavirusla mübarizədə ən effektiv yollardan biri imiş - FOTO

8 Okt, 2022
02:33
7814

Hər gün istifadə olunan sadə üsul koronavirusla mübarizədə ən effektiv yollardan biri imiş - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Setilpiridinium xlorid (CPC) tərkibli ağız qarqarası SARS-CoV-2-nin hüceyrələrə daxil olmasına mane olur.

Bu barədə Hokkaydo Universitetinin bir qrup alimi araşdırmalardan sonra elan edib. Onların tədqiqatlarının nəticələri “Scientific Reports” jurnalında dərc olunub.

Təcrübələr zamanı müəyyən olunub ki, belə tərkibli qarqara məhsulları tətbiq edildikdən sonra on dəqiqə ərzində virusun virulentliyini azaldır.

Bundan əlavə, adi ağız yaxalayıcı mayelərin təmiz CPC ilə müqayisədə SARS-CoV-2-ni zərərsizləşdirməkdə daha təsirli olduğu ortaya çıxıb.

Bu təsir koronavirusun bütün məlum ştammlarında müşahidə olunub.

Tədqiqatçılar gələcəkdə setilpiridinium xloridin mexanizmini başa düşmək, həmçinin onun hüceyrələrə deyil, canlı orqanizmlərə təsirini öyrənmək üçün əlavə təcrübələr aparmaq istəyirlər.

Mənbə: Lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri