Mar
2015
23:48
18
180
9966
Virtual karabakh

Rekord çəkiyə malik 10 aylıq körpə - FOTO

2 Mar, 2015
23:48
9966

Rekord çəkiyə malik 10 aylıq körpə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İki həftədən bir yeni paltar alırıq”.

Hindistanın şərqində yerləşən Jharkhand əyalətində 10 aylıq uşaq Aliya Saleem sürətlə kökəlməkdən əziyyət çəkir. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Daily Mail ailənin çətinlikləri barədə reportaj hazırlayıb. 

Reportajda 10 aylıq Aliyanın 18.5 kq olduğu, doöulduqda isə normal çəkiyə ( 4.08 kq) sahib olduğu qeyd edilir. Qız uşağının bu cür sürətlə kökəlməsi və piylənməsi ailəsini narahat edir. Körpənin anası Shabana Parveen onun doğuşdan bir ay sonra sürətlə kökəldiyini, iki həftədən bir yeni ölçülü paltar aldığını söyləyib. 

28 yaşlı ata Mohammad Saleem qızı müalicə etməyə imkanının olmadığını deyib:

“Qızımı ancaq yerli xəstəxanalara apara bilirəm, başqa xəstəxanalar çox bahadır. O qədər pulum yoxdu. Əyalətdə bir neçə həkimə apardım, qızımın qədrinə çarə tapan olmadı. Ranchi şəhərində xəstəxanaya getdim, başqa böyük şəhər xəstəxanalarına aparmağımızı istədilər. Bunların hamsı da böyük maliyyə tələb edən şeylərdir. 

Dehlidə fəaliyyət göstərən “Fortis Hospital”ın pediatriya şöbəsinin həkimi Krishan Chugh 10 aylıq körpənin xəstəliyi barədə məlumat verib. O, uşaqda pataloji piylənmənin olduğunu güman edib, indiyənə qədər belə ağır çəkili uşaqla ilk dəfə rastlaşdığını qeyd edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri