25 
Noy
2022
01:47
125
24
6727
Virtual karabakh

“WhatsApp”dan istifadəçiləri sevindirəcək və işlərini asanlaşdıracaq YENİLİK - FOTO

25 Noy, 2022
01:47
6727

“WhatsApp”dan istifadəçiləri sevindirəcək və işlərini asanlaşdıracaq YENİLİK - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WhatsApp” messencerinin telefon versiyasında hazırda zəng və videozəng rejimi mövcuddur. Amma bu xüsusiyyət “WhatsApp Web”də yox idi və istifadəçilər uzun müddətdir ki, bu xüsusiyyətin gəlməsini gözləyirdilər.

Nəhayət tətbiq menecerləri proqramla bağlı xoş xəbəri verib. Belə ki, tərtibatçılar mesencerin masaüstü formatına zəng rejimi gətirdiklərini açıqlayıbar.

Məlumata görə, “WhatsApp” zəng tarixçəsinin masaüstü versiyasında görünməsi üçün yeni “Zənglər” nişanı əlavə edib. “Zənglər” tətbiqin yan panelindəki “söhbətlər” və “status” nişanının ortasında olacaq.

O da bildirilir ki, funksiya hazırda test mərhələsindədir.

Mənbə: yenicaggazetesi.com.tr

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri