Dek
2022
02:00
92
16
5522
Virtual karabakh

Əcnəbilərin işləmək və yaşamaq üçün ən sevdikləri şəhərlər açıqlandı - SİYAHI + FOTO

1 Dek, 2022
02:00
5522

Əcnəbilərin işləmək və yaşamaq üçün ən sevdikləri şəhərlər açıqlandı - SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əcnəbi mütəxəssislər yaşamaq və işləmək üçün Valensiya (İspaniya), Dubay (BƏƏ) və Mexiko Sitini (Meksika) ən yaxşı şəhərlər hesab edirlər.

Oxu.Az-ın məlumatına görə, “InterNations” analitikləri bu qənaətə gəliblər. Onlar dünyanın 50 şəhərində yaşayan 11,9 min əcnəbi ilə müsahibə aparıblar.

Ekspertlərin araşdırmalarına görə, ən yaxşı şəhərlər siyahısına başçılıq edən Valensiya yüksək həyat keyfiyyətinə malikdir və yaxşı inkişaf etmiş ictimai nəqliyyat şəbəkəsi var.

Dubay yeni gələnlər üçün qonaqpərvər münasibətə görə sevilir, bundan başqa, biznes və istirahət üçün əla şəhər hesab olunur.

İlk üçlüyü bağlayan Mexiko şəhəri mehriban sakinlərinə və yaşamaq üçün əlverişli olmasına görə bəyənilir, bununla belə, onun təhlükəsiz olmadığı da vurğulanıb.

Bundan əlavə, Lissabon, Madrid, Banqkok, Bazel, Melburn, Əbu-Dabi və Sinqapur da ilk onluqda yer alıb.

Siyahının sonuncu yerində isə Yohannesburq (Cənubi Afrika) olub - sorğuda iştirak edən əcnəbilər onun əlçatmazlığını və etibarsızlığını qeyd ediblər. Bundan əlavə, Frankfurt (Almaniya) və Fransanın paytaxtı Paris bahalı mənzillərə görə siyahının ən sonundadır. İstanbul (Türkiyə), Honkonq (Çin), Hamburq (Almaniya), Milan (İtaliya), Vankuver (Kanada), Tokio (Yaponiya), Roma (İtaliya) da siyahıda son sıraları tutub.

Mənbə: Bloomberg

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri