28 
Dek
2022
15:56
107
23
2108
Virtual karabakh

Rusiyalılar 2023-cü ili necə gördüklərini peyindən abidələri ilə göstərdilər - FOTO/VİDEO

28 Dek, 2022
15:56
2108

Rusiyalılar 2023-cü ili necə gördüklərini peyindən abidələri ilə göstərdilər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yakutiyada mal peyinindən 2023-cü ilin simvolu olan dovşan abidəsi hazırlanıb.

“Heykəltaraş” Tattinski rayonunun Volba kəndinin sakini Mixail Bopposovdur. Onun sözlərinə görə, abidə üzərində işə noyabrın sonunda başlayıb.

“Mən onu İvan və İnnokenti qardaşları ilə birlikdə hazırladım. Bu, illərlə bağlı peyindən hazırladığım 12-ci simvoldur. Beləliklə, indi kolleksiyada Şərq təqvimindən bütün heyvanlar var”, - deyə Bopposov bildirib.

Onun sözlərinə görə, işi göründüyü qədər də asan olmayıb.

“Hazırda peyin qıtlığı var, çünki səhhətimlə əlaqədar öz təsərrüfatımı idarə etməyi dayandırdım. Elə dekabr ayı da isti keçdi. Heykəlin möhkəmliyi üçün güclü şaxta lazımdır. Mənə İvan və İnnokenti qardaşları kömək etdi. Beləliklə, planlaşdırılan tarixə - dekabrın 28-nə biz abidəni çatdıra bildik”, - deyə usta bildirib.

O, hətta heykəli mexanikiləşdirib - iki metrlik dovşan pəncələri ilə təbil çala bilir.

Mənbə: ysia.ru

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri