22 
Mar
2015
12:05
51
69
12479
Virtual karabakh

Xəyali dostlar ölkəsi - FOTO

22 Mar, 2015
12:05
12479

Xəyali dostlar ölkəsi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naqoro kəndində 35 insan və 150 müqəvva “yaşayır“.

Yapon xanım Tsakimi Ayano ilk müqəvvanı 13 il əvvəl düzəldib və bu məşğuliyyət onun çox xoşuna gəlib. Bu gün onun Sikoku adasında yerləşən doğma Naqoro kəndində artıq 150 müqəvva “yaşayır”.

Bu əsgi-üsgü yığınından ibarət “sakin“lərin hər biri Ayanoya köhnə qonşularını xatırladır: onlardan kimisi ölüb, kimisi işləmək üçün şəhərə gedib. Nə vaxtsa xeyli əhalisi olan Naqoroda indi cəmi 35 pensiyaçı qalıb - müqəvvalar yaşlı kəndlilərə özlərini tənha hiss etməməyə kömək edir...

Bu, bütün Yaponiya üçün ağrılı məsələdir: əhali yaşlaşır, onun sayı ildən-ilə azalır, gənclər isə meqapolislərdə yaşamaq üçün kəndləri tərk edirlər...

Oxu.Az Trend-ə istinadən əksər sakinlərinin müqəvva olduğu Naqoro kəndindən görüntüləri görüntüləri təqdim edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri