Fev
2023
02:09
26
94
2511
Virtual karabakh

Kianu Rivz pərəstişkarı tərəfindən təqib edilir: Aktyor qorunmasını tələb etdi - FOTO

3 Fev, 2023
02:09
2511

Kianu Rivz pərəstişkarı tərəfindən təqib edilir: Aktyor qorunmasını tələb etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor Kianu Rivz artıq bir neçə aydır ki, qeyri-adekvat pərəstişkarı tərəfindən təqib edilir.

Aktyor öz təhlükəsizliyi üçün məhkəmədən uzaqlaşdırma əmri verilməsini tələb edib. Proses zamanı məlum olub ki, 38 yaşlı Brayan Dikson dəfələrlə aktyorun bağ evinin ərazisinə daxil olub. Ziyarətlərinin birində, hətta aktyorun bağçasında siqaret çəkib və açıq terrasda gəzişib. Hadisədən sonra mühafizə işçisi pərəstişkarı qovub, amma ertəsi gün o, geri dönüb və aktyorla qohumluq əlaqəsinin olduğunu sübut etmək üçün içində DNT testi olan bel çantasını evdə qoyub gedib.

Qeyd edək ki, Kianu Rivz bu bağ evində rəssam və heykəltəraş olan Aleksandra Qrantla birlikdə yaşayır. Aktyor heç vaxt evli olmayıb. 1999-cu ildə aktyor və nişanlısı, aktrisa Cennifer Saymın Ava adlı bir qızları dünyaya gəlib, lakin körpə ölü doğulub. İki il sonra isə sevgilisi Cennifer də dünyasını dəyişib: o, avtomobil qəzasında həyatını itirib.

Mənbə: “Daily Mail”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri