Fev
2023
14:24
31
167
8903
Virtual karabakh

Rusiyalı cütlüyün qızlarına qoyduqları ad sosial şəbəkələrdə böyük müzakirələrə səbəb oldu - FOTO/VİDEO

3 Fev, 2023
14:24
8903

Rusiyalı cütlüyün qızlarına qoyduqları ad sosial şəbəkələrdə böyük müzakirələrə səbəb oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yamalo-Nenets Muxtar Dairəsindən olan gənc evli cütlük Lyudmila və Aleksandr yeni doğulan qızlarına “Rusiya” adını veriblər. Uşaq yanvarın 31-də anadan olub.

Gənclər bu adı dünyanın mövcud vəziyyətini, öz vətənpərvərlik hisslərini nəzərə alaraq birlikdə seçdiklərini deyiblər.

“Çox adam ölkəmizdən qaçır, deyirlər ki, utanırıq. Biz isə əksini qərar verdik - utanmırıq! Biz fəxr edirik və ölkəmizi sevirik”, - deyə Lyudmila bildirib.

Qeyd edək ki, valideynlər üçün bu, ikinci uşaqdır. Onların böyük övladlarının adı Nikolaydır.

Sosial şəbəkə istifadəçiləri valideynlərin körpəyə belə səs-küylü ad qoymaq fikrini bəyənməyiblər - onlar qızcığaza bu adla yaşamağın asan olmayacağını deyiblər və həmyaşıdlarının onu ələ sala biləcəyi barədə ata-anaya xəbərdarlıq ediblər. Ancaq cütlüyün qərarını dəstəkləyənlər də olub. Onların fikrincə, övladına hansı ad verməsi hər kəsin şəxsi işidir.

Mənbə: Muksun FM

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri