Fev
2023
07:28
171
21
3510
Virtual karabakh

Stallone həyatının rolunu oynamağa hazırlaşır - FOTO/VİDEO

4 Fev, 2023
07:28
3510

Stallone həyatının rolunu oynamağa hazırlaşır - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor və kinorejissor Silvestr Stallone ailəsinə həsr olunmuş realiti-şouda iştirak edəcək.

Aktyorun özünün, həyat yoldaşı Cennifer Flavin Stallone və üç qızı Sofiya, Sistina, Skarletin iştirak edəcəyi “The Family Stallone” layihəsini Paramount+ kinostudiyası hazırlayacaq.

“Kinematoqrafiya tarixinin ən simvolik personajlarından bəzilərini canlandırdıqdan sonra üçqat “Oskar” mükafatına namizəd Silvester Stallone kameralara həyatının ən böyük rolu hesab etdiyi ata rolunu təqdim etməyə hazırdır”, - deyə press-relizdə bildirilir.

Realiti şou səkkiz seriyadan ibarət olacaq.

Layihənin premyerası bu ilin yazına planlaşdırılıb.

Mənbə: Variety

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri