12 
Sen
2017
11:33
93
6
2641
Virtual karabakh

Cəlilabadda torpaq sürüşməsindən sonra qədim məzarlıq üzə çıxdı

12 Sen, 2017
11:33
2641

Cəlilabadda torpaq sürüşməsindən sonra qədim məzarlıq üzə çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mütəxəssislər yaxın günlərdə aşkar edilmiş maddi-mədəniyyət nümunələri ilə bağlı əraziyə baxış keçirəcəklər.

Cəlilabadda tunc dövrünə aid məzarlıq və yeni yaşayış məskəni aşkar edilib.

AMEA-dan Oxu.Az-a verilən məlumata görə, ərazidə qədim dövrə aid xeyli sayda başdaşları, çoxlu soba və kül qalıqlarının aşkar edilməsi buranın qədim yaşayış məskəni olduğunu bir daha sübut edir.

Qədim məzarlıq və yeni yaşayış məskəni Cəlilabad rayonunun Buravar kəndində təpəlik olan ərazilərdə torpaq sürüşməsi nəticəsində aşkar edilib.

Tarixçilər ərazidəki əksər əşyaların gildən hazırlandığını və tapılmış maddi-mədəniyyət nümunələrinin tunc dövrünə aid olduğunu bildiriblər.

Mütəxəssislər yaxın günlərdə aşkar edilmiş maddi-mədəniyyət nümunələri ilə bağlı əraziyə baxış keçirəcəklər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri