28 
May
2023
03:55
115
35
3230
Virtual karabakh

Britni Spirs illər əvvəl “ən təhlükəli heyvan” adlandırdığı anasını bağrına basdı - FOTO

28 May, 2023
03:55
3230

Britni Spirs illər əvvəl “ən təhlükəli heyvan” adlandırdığı anasını bağrına basdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı müğənni Britni Spirs qəyyumluq qalmaqalından sonra anası ilə ilk görüşündən danışıb.

Bu barədə özünün “Instagram” hesabında xəbər verib.

“Əziz anam üç il sonra dünən evimin astanasında göründü... Aradan çox vaxt keçib... Ailədə həmişə həll edilməli şeylər olur... Amma zaman bütün yaraları sağaldır! Çoxdandır içimdə saxladıqlarımı paylaşa bildikdən sonra isə özümü çox xoşbəxt hiss etdim. Hər şeyi düzəldə bildik! Mən səni çox sevirəm! P.S. 14 ildən sonra birlikdə qəhvə içə biləcəyimiz üçün çox xoşbəxtəm! Gəl sonra alış-verişə gedək!” – deyə ifaçı izləyicilərilə hisslərini bölüşüb.

Məlumata görə 68 yaşlı Lin Spirs qızı və kürəkəni Sem Əsgəri ilə təxminən yarım saat vaxt keçirib.

Qeyd edək ki, müğənni anasına qarşı düşmən mövqedə olub, çünki onu qəyyumluğun təşəbbüskarı hesab edirdi.

“Dünyanın ən təhlükəli heyvanı - sakit şəkildə gülümsəyən qadındır. 13 il əvvəl atam mənim qəyyum oldu. Amma insanların bilmədiyi odur ki, ona bu ideyanı anam verib. Bu illəri heç kim mənə qaytarmayacaq. O, mənim həyatımı gizlicə məhv etdi”, - deyə Spirs 2021-ci ilin noyabrında demişdi.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri