11 
Sen
2017
10:35
110
8
5194
Virtual karabakh

Mingəçevir sakininin qeyri-adi bacarığı – VİDEO

11 Sen, 2017
10:35
5194

Mingəçevir sakininin qeyri-adi bacarığı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qolunun biri yoxdur, amma qarmonla etdiyi ifalar görənləri heyrətə gətirir.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Mingəçevirdə şəhər parkından hər gün eyni vaxtda gələn səs bir çoxlarını ayaq saxlamağa məcbur edir.

Kimisi yaxınlaşıb, ona diqqət edir, kimisi isə cibinə pul qoyub keçir. Söhbət qarmonda maraqlı ifalar edən, əslində isə, heç bir musiqi təhsili olmayan 75 yaşlı Aydın Mustafayevdən gedir.

Mingəçevirdə yaşayan bu kişini şəhərdə tanımayan az adam olar. Kiçik yaşlarında sağ qolu amputasiya edilən şəhər sakini 70 ilə yaxındır tək əl ilə qarmon çalır.

Aydın Mustafayev deyir ki, istedadı və istəyi olan insana hər hansı əzanın olmaması mane deyil.

Sol əli ilə illərdir qarmonu dilləndirən 75 yaşlı kişi musiqiləri daha çox radioda dinləyərək öyrənir. Şəhər ərazisindəki müxtəlif parklarda ifalar edən sakin bu peşəsindən pul da qazanır. Amma gəliri az olduğundan köhnə qarmonunu yeniləyə bilmir. Aydın Mustafayev ömrünün sonuna kimi şəhər sakinlərinə xidmət edəcəyini deyir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri